[b]25-ci qələbə ilə 26-cı[/b]
14.05.2018 - 10:53
[b]25-ci qələbə ilə 26-cı[/b]

Topaz Premyer Liqasının XXVII turu “Zirə” üçün əlamətdar olub. Apasport.az saytı xəbər verir ki, öz meydanında “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi evdə yubiley qələbəsini qazanıb.

 

Bu matçadək doğma azarkeşləri önündə keçirdiyi 45 Premyer Liqa matçında 24 dəfə 3 xala sevinən zirəlilər 25-ci qələbəni əldə edib.

 

“Zirə” Azərbaycan çempionatları tarixində öz meydanında 25 və ya daha çox qələbə qazanan 26-cı komanda olub. Bu rəqəmə 46-cı görüşdə çatan komanda öz meydanındakı qələbə sayında “Azəri” ilə eyni göstəriciyə malikdi.

0