[b]“Qarabağ”ın futbolçusu yenə yığmaya çağırıldı[/b]
18.05.2018 - 00:21
[b]“Qarabağ”ın futbolçusu yenə yığmaya çağırıldı[/b]

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç növbəti dəfə Bosniya və Herseqovina millisinə çağırılıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçki qarşıdakı yoldaşlıq görüşləri üçün açıqladığı siyahıda Şehiçə də yer verib.

 

Yığmamızın sabiq çalışdırıcısı ümumilikdə 26 oyunçuya dəvət göndərib.

 

Bosniya və Herseqovina millisi mayın 28-də Monteneqro, iyunun 1-də isə Cənubi Koreya ilə qarşılaşacaq.

0