Luiş Fiqu Portuqaliya milli komandasını çalışdıra bilər
24.06.2008 - 17:37
Luiş Fiqu Portuqaliya milli komandasını çalışdıra bilər
Bakı. Elşən Məmmədov – APA-Sport. İtaliyanın «İnter» klubunun yarımmüdafiəçisi Luiş Fiqu Portuqaliya milli komandasının baş məşqçi postuna namizədlər arasında göstərilir. «APA-Sport» agentliyinin məlumatına görə, bu haqda portuqaliyalı jurnalist Marselo Rebelo de Souza öz yazısında qeyd edib: «Portuqaliya Futbol Federasiyasının prezidenti Jilberto Madail mənə dedi ki, baş məşqçi postuna gözlənilməz şəxs gətiriləcək. Mən dərhal Fiqu haqda fikirləşdim. Madail yeni çalışdırıcının məşqçi kimi zəngin təcrübəsinin olmadığını, lakin futbolçu kimi böyük xidmətlər göstərdiyini söylədi».
Qeyd edək ki, L.Fiqu ilə yanaşı, namizədlər sırasında İngiltərənin «Mançester Yunayted» klubunda baş məşqçi köməkçisi Karluş Keyruş və Türkiyənin «Fənərbaxça» komandasının sabiq çalışdırıcısı Artur Zikonun adı çəkilir.
0