AFFA rəhbərliyi Fərzad Hatəminin atasını Bakıya dəvət edib
02.10.2008 - 19:59
AFFA rəhbərliyi Fərzad Hatəminin atasını Bakıya dəvət edib
Bakı. Aqşin Əliyev - APA-Sport. AFFA rəhbərliyi Azərbaycan milli komandasında oynamaqdan imtina edən "Qəbələ" klubunun futbolçusu Fərhad Hatəminin atası Cəlal Hatəmini Bakıya dəvət edib. Bu haqda "APA-Sport"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Məmmədovun bildirdiyinə görə, Cəlal Hatəmi ilə danışıqlar müsbət nəticələnəcəyi təqdirdə, 20 yaşlı hücumçu yığmamızın şərəfini qoruyacaq: "Fərzadın qərarına atası da müəyyən qədər təsir göstərib. Bu səbəbdən biz futbolçunun atasını Azərbaycana dəvət etmişik. Əgər danışıqlar müsbət nəticələnərsə, Hatəmi milli komandanın düşərgəsinə cəlb ediləcək”.

Baş katib gənc hücumçunun addımını mənfi qarşıladığını da vurğulayıb: "Çünki Fərzad etnik azərbaycanlıdır. Bu mənada hər bir azərbaycanlı futbolçu yığmamızın formasını geyindiyi üçün qürür hissi keçirməlidir. Məncə, o, milli komandanın düşərgəsinə gəlməli idi. Amma, görünür, Hatəmi özünü azərbaycanlı deyil, fars hesab edərək bu addımı atıb".

Onu da əlavə edək ki, Cəlal Hatəmi paytaxtımıza həftəsonu təşrif buyuracaq.





0