Baş məşqçi oyunlara pul qoyurmuş
03.11.2008 - 19:13
Baş məşqçi oyunlara pul qoyurmuş
Bakı. Mehman Süleymanov - APA-Sport. Latviyanın “Vindava” klubunun rəhbərliyi futbolçuların sövdələşərək totalizator oyununda iştirak etməkdə şübhələnir. “APA-Sport”un məlumatına görə, Ventspils şəhərinin təmsil edən klub bununla bağlı yaydığı bəyanatda oyunçularını ittiham edib. Bir neçə futbolçu ilə bağlı təhqiqat işinə başlayan “Vindava” rəsmiləri artıq baş məşqçisi ilə bağlı ölçü götürüb: “Araşdırma müddətində komandanın baş məşqçisi Andrey Lapsa vəzifəsindən kənarlaşdırılıb. Klub rəhbərliyi bir neçə futbolçusundan oyunlara pul qoyuluşunda iştirak etməklə bağlı şübhələndikdən sonra belə qərar qəbul edib. Araşdırma başa çatmayana qədər həmin oyunçuların adları açıqlanmayacaq. Ancaq onların günahı təsdiq olunarsa, barələrində ən sərt tədbirlər görüləcək. Rəhbərlik və bütün komanda üzvləri bəzi futbolçularının idmançıya yaraşmayan hərəkətinə görə azarkeşlərdən üzr istəyir. Klub rəhbərliyi gələcəkdə oyunçularının belə şeylərdə adlarının hallandırılmamağı üçün bütün tədbirlər görəcəyinə söz verir”.
Qeyd edək ki, Latviyanın yüksək liqasında çıxış edən “Vindava” 10 komanda arasında 7-ci yerdə gedir.
0