Boks rinqi oğurlanıb
13.11.2008 - 13:05
Boks rinqi oğurlanıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. ABŞ-ın Ohayo ştatında qəribə oğurluq hadisəsi baş verib. “APA-Sport”un məlumatına görə, Toledo şəhərində yerləşən boks klubunun rinqini oğurlayıblar.

Ötən əsrin 70-ci illərindən klubda olan rinqin qaytarılması üçün məşqçi Tom Urbina şəhər əhalisinə də müraciət edib. Bu cinayət faktı bir sıra döyüşlərin təxirə salınmasına səbəb ola bilər.
0