Putinin 70 yaşlı məşqçisi Rusiya yığmasında
13.11.2008 - 15:11
Putinin 70 yaşlı məşqçisi Rusiya yığmasında
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiya Cüdo Federasiyasının (RCF) İcraiyyə Komitəsinin yığıncağı keçirilib. “APA-Sport”un məlumatına görə, toplantıda Pekin Olimpiadasında zəif çıxış edən yığma komandalara yeni təyinatlar təsdiqlənib.

Qadınlardan ibarət yığma Anatoli Raxlinə tapşırılıb. Maraqlı məqam, 70 yaşlı mütəxəssisin Rusiyanın sabiq prezidenti, hazırda baş nazir vəzifəsində çalışan Vladimir Putinin ilk məşqçisi olmasıdır. Kişilərdən ibarət kollektiv isə ilk dəfə əcnəbi mütəxəssisə - italiyalı Etsio Qambaya həvalə edilib.


0