Azərbaycan yığmasının qapıçısı jurnalistdən üzr istəməsə, məhkəməyə veriləcək
04.12.2008 - 15:16
Azərbaycan yığmasının qapıçısı jurnalistdən üzr istəməsə, məhkəməyə veriləcək
Bu gün “Zerkalo” qəzetinin əməkdaşı Rüstəm Mikayıllı mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, həmkarımız milli komandanın və “Xəzər-Lənkəran” klubunun qapıçısı Kamran Ağayevlə aralarında baş verən qalmaqala aydınlıq gətirib. Mikayıllının fikrincə, hər şey Azərbaycan yığmasının Lixtenşteynlə oyunundan sonra başlayıb: “Həmin görüşdən sonra Kamrana 5 xal vermişdik. Amma bu qiymət onu razı salmayıb. Finlandiya ilə oyuna hazırlaşanda isə məşqdə məni təhqir etdi və işləməyə qoymadı. Certoqanovla müsahibə almağa imkan vermədi. Finlandiya ilə matçdan sonra isə əməkdaşımıza deyib ki, Rüstəmlə haqq-hesabim var”.

Mikayıllı deyib ki, bir neçə gün əvvəl Ağayevlə üzbəüz söhbəti də olub: “O gün manejdə mənə dedi ki, gözlə, həyatı sənə başa salacağam. Berti Foqts müsahibə vermədiyindən işə qayıtdım. Kamrana zəng vurdum ki, nə problem var? Başladı məni təhqir etməyə, hədələməyə. Deyir ki, futbolu xalq üçün yox, nəticə üçün oynayıram. Ardınca jurnalistləri təhqir etdi. Dedi ki, 5 manata tərifləyirsiniz sonra isə üzünüzə tüpürürlər. Yığmanın qapıçısının belə münasibəti başa düşülən deyil. Tələb edirəm ki, üzr istəsin. Əks halda, məhkəməyə müraciət edəcəyəm”.
0