Hacı Hacıyev Bakıda üzləşdiyi hadisədən danışdı
05.12.2008 - 10:41
Hacı Hacıyev Bakıda üzləşdiyi hadisədən danışdı
“Saturn” klubunun sabiq baş məşqçisi Hacı Hacıyev Rusiya mətbuatına geniş açıqlama verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis müsahibədə Bakı ilə bağlı xatirələrinə toxunub.

“1985-ci ildə SSRİ idman komitəsi məni “Neftçi”yə metodiki kömək göstərmək məqsədi ilə Bakıya ezam etdi. Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri məni görəndə xeyli təəccübləndi. O, üzünü Bakı Şəhər Partiya Komitəsinin birinci katibinə çevirib “Belə də məşqçi olar? O, professordur!” dedi. Bu hadisə indiyədək yaddaşımda qalıb” – deyə Hacıyev bildirib.

Qeyd edək ki, 63 yaşlı dağıstanlı mütəxəssis 1980-ci illərdə “Neftçi”nin məşqçisi işləyib.
0