Bakıda Avropa çempionatının püşkü atıldı
21.02.2009 - 13:14
Bakıda Avropa çempionatının püşkü atıldı
Bu gün Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, püşkatma mərasimində Avropa Gimnastika İttifaqının bədii gimnastika üzrə texniki komitəsinin sədri, avstriyalı xanım Hayde Brune, bu komitənin digər 5 üzvü, eləcə də Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri qatılıblar.

Püşk nəticəsində fərdi və qrup hərəkətləri üzrə komandaların çıxış nömrələri müəyyənləşib. Qitə birinciliyinin fərdi yarışlarında 31, komanda turnirində isə 17 ölkənin idmançıları qüvvələrini sınayacaqlar. Azərbaycan yığması fərdi yarışlarda 8-ci, komanda növündə isə 12-ci çıxış edəcək. Çempionat mayın 15-dən 17-dək paytaxtımızda baş tutacaq.

Fərdi yarışlarda çıxış nömrələri:

A qrupu

1. Avstriya
2. Estoniya
3. Rusiya
4. İsrail
5. Yunanıstan
6. Belarus
7. Bolqarıstan
8. AZƏRBAYCAN
9. Ukrayna
10. İspaniya

B qrupu

11. Kipr
12. Sloveniya
13. Slovakiya
14. Finlandiya
15. Polşa
16. İtaliya
17. Çexiya
18. Macarıstan
19. Portuqaliya
20. Gürcüstan

C qrupu

21. Makedoniya
22. İsveç
23. Rumıniya
24. Latviya
25. Fransa
26. Xorvatiya
27. Türkiyə
28. Litva
29. Böyük Britaniya
30. Belçika
31. Norveç

Komanda yarışları:

1. Norveç
2. Litva
3. Estoniya
4. Macarıstan
5. Yunanıstan
6. Avstriya
7. Polşa
8. İspaniya
9. Ukrayna
10. Belarus
11. Rusiya
12. AZƏRBAYCAN
13. Slovakiya
14. Almaniya
15. Finlandiya
16. İsrail
17. Bolqarıstan

Qeyd: həm fərdi, həm də komanda yarışlarında ilk “səkkizliy”i tutanlar final mərhələsinə yüksələcəklər.
0