Rəşad Sadıqov üçün paxlava - FOTO
04.03.2009 - 13:15
Rəşad Sadıqov üçün paxlava - FOTO
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubunda bayram bayrama qarışıb. Apasport.az saytının məlumatına görə, Superliqanın son turunda “Bursaspor”la səfər oyunundan (1:1) da xalla dönən komandaya paxlava ziyafəti verilib. “Kocaelispor”un bir qrup tərəfdarı iki qutu paxlava gətirib. Komandanın son durumundan məmnunluqlarını ifadə edən azarkeşlər “Əskişəhərspor”la qarşıdakı ev oyununda üç xal qazanacaqlarına əmin olduqlarını bəyan ediblər.
0