Anna Qurbanova Çexiyada medalsız qaldı
16.03.2009 - 18:27
Anna Qurbanova Çexiyada medalsız qaldı
Azərbaycan gimnastı Anna Qurbanova Çexiyanın Brno şəhərində təşkil olunmuş Qran-Pri turnirində iştirak edib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz iplə və topla hərəkətlərin finalında dördüncü yeri tutub. Halqa və lentlə hərəkətlərdə isə o, 8-ci pillədə qalıb. Anna çoxnövçülükdə 7-ci olub.

Latviyanın paytaxtı Riqada keçirilmiş “Baltic hoop” beynəlxalq turnirində isə Samirə Mustafayeva qüvvəsini sınayıb. O, çoxnövçülükdə 10-cu sırada qalıb.
0