9 cüdoçudan 4 medal
29.06.2009 - 10:44
9 cüdoçudan 4 medal
Azərbaycanın yeniyetmə cüdoçulardan ibarət milli komandası Sloveniyanın Koper şəhərində təşkil olunmuş Avropa birinciliyini uğurla başa vurub. Apasport.az saytının məlumatına görə, yarışa qatılan 9 idmançımızdan 4-ü fəxri kürsüyə yüksəlib.

Belə ki, oğlanların mübarizəsində Cəlil Cəlilov (66 kq) gümüş, Kamran Bağırov (50 kq) isə bürünc medal qazanıb. Eyni zamanda, iki xanım cüdoçumuz da mükafata layiq görülüb. Şəfəq Muradzadə (52 kq) 3-cü yeri tutduğu halda, 63 kq çəki dərəcəsində çıxış edən Xanım Hüseynova yalnız finalda uduzaraq, gümüş medala yiyələnib.
0