“Qalatasaray”ın futbolçusu huşunu itirdi - FOTO
24.07.2009 - 11:31
“Qalatasaray”ın futbolçusu huşunu itirdi - FOTO
Avroliqanın ikinci təsnifat mərhələsində Qazaxıstanın “Tobol” klubunu mübarizədən kənarlaşdıran “Qalatasaray”ın məşqçi korpusu qayğılıdır. Apasport.az saytının məlumatına görə, onları qazaxlarla görüşdə huşunu itirən Sərdar Eylikin səhhəti narahat edir.

Məsələ burasındadır ki, gənc futbolçu İstanbulda keçirilən oyunun ikinci hissəsində üz nahiyəsindən zərbə alıb. Nəticədə Sərdar huşunu itirib. Onu meydançadan xərəklə çıxarıb, dərhal xəstəxanaya çatdırıblar.

Acıbadem Xəstəxanasında beyni müayinə olunan Sərdarın səhhəti normal qiymətləndirilir. Buna baxmayaraq, o, iki gün həkim nəzarəti altında olacaq.
0