Kriştianu Ronaldo üçün yeni gözəlçə - FOTO
26.10.2009 - 17:16
Kriştianu Ronaldo üçün yeni gözəlçə - FOTO
İspaniyanın “Real” klubunun futbolçusu Kriştianu Ronaldo keçmişdə buraxdığı səhvlərdən nəticə çıxarmayıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi xanımların ürəyini qırmaqla ad çıxarıb. O, bir müddət öncə keçmiş məşuqələrindən birinin sifarişi ilə cadugər tərəfindən zədələnsə də, “ağıllanmayıb”. Portuqaliya milli komandasının futbolçusu indi də yeni tanış olduğu italiyalı gözəlçə Rafael Fiko ilə yollarını ayırıb. Məşhur modellə münasibətin qısa olmasında Marisa Qomes Sandovalın “əməyi” olub. Kanar adalarından olan 26 yaşlı Marisa İspaniyaya gəldiyi gündən “ov”una çıxdığı Ronaldonu ələ keçirib. İspaniyada model, aktrisa və teleaparıcı kimi tanınan gözəlçə hazırda Macarıstan paytaxtı Budapeştdə yaşayır. O yalnız sevgilisi ilə görüşmək üçün İspaniyaya gəlir və tez də geri dönür.
0