Unibank Premyer Liqasında yeni rekord
26.04.2010 - 14:08
Unibank Premyer Liqasında yeni rekord
Azərbaycan milli komandasının sabiq futbolçusu Markus Ferreyra Unibank Premyer Liqasının rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı braziliyalı yarımmüdafiəçi cari mövsüm çempionat ərzində 3 dəfə qırmızı vərəqə alan ilk oyunçu kimi tarixə düşüb.

XXIX turun “Muğan”la qarşılaşmasının 86-cı dəqiqəsində ikinci sarı vərəqəyə görə meydandan qovulan Markus hələ çempionatın birinci mərhələsinin ilk dövrəsində iki dəfə bu aqibətlə üzləşmişdi. O, ötən il sentyabrın 26-da “Standard”, oktyabrın 21-də isə “Turan”la görüşdə də meydanı vaxtından əvvəl tərk etmişdi.

Qeyd edək ki, 5 futbolçunun hesabında 2 qırmızı vərəqə var.

futbolçu

klubu

Qırmızı

oyun

Markus Ferreyra

"Karvan"

3

25

Tomaş Stolpa

"Qəbələ"

2

24

Ekrem Hodziç

"Muğan"

2

22

Tagim Novruzov

"Muğan"

2

25

Vüsal Hüseynov

"Muğan"

2

19

Ramal Hüseynov

"Standard"

2

15

0