İlk qələbə, yeni rekord!!!
11.10.2013 - 21:52
İlk qələbə, yeni rekord!!!
Bu gün Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, F qrupunda mübarizə aparan Berti Foqtsun yetirmələri öz meydanında Şimali İrlandiyanı qəbul edib.

Seçmə mərhələdə 9-cu oyununa çıxan millimiz ilk qələbəsini qazanıb. Rüfət Dadaşov və Mahir Şükürovun qolları ilə doğma azarkeşlərini sevindirən yığmamız 4-cü ev oyununu 3 xalla başa vurub.

Bu qələbə sayəsində komandamız Azərbaycan futbolu tarixində görünməmiş nailiyyət əldə edib. Belə ki, seçmə mərhələdə 8 xal toplamağı bacaran komandamız bu səviyyəli yarışlarda çıxışının 19 illik tarixində ən yüksək nəticə göstərib. Foqtsun yetirmələri Avro-2012-nin seçmə mərhələsində toplanan 7 xallıq rekordu da arxada qoyub. Qarşıda Rusiya ilə görüşü qalan millimiz göstəricisini daha da yaxşılaşdıra bilər.

Qələbənin gətirdiyi bir rekord yığmamızı digər nailiyyətə də yaxınlaşdırıb. 4-cü pilləyə yüksələn komandamız bu mövqeyi qorumağı bacararsa, daha bir rekorda imza atacaq.

Qeyd edək ki, bu görüş Azərbaycan millisinin tarixinə yubiley – 200-cü matçı kimi düşəcək. 1992-ci ildən indiyədək 199 görüş keçirən millimiz qalib gələrək 200-cü oyununu qələbə ilə qeyd edib.

DÇ-2014-ün seçmə mərhələsi

Avropa zonası
11 oktyabr

F qrupu

Azərbaycan – Şimali İrlandiya - 2:0
QOLLAR: Rüfət Dadaşov, 58; Mahir Şükürov, 90+3
Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Berqonzi (İtaliya).
Bakı. “Bakcell Arena”.
Azərbaycan: 1.Kamran Ağayev, 2.Rasim Ramaldanov, 4.Mahir Şükürov, 5.Elnur Allahveridyev, 8.Qara Qarayev, 10.Rüfət Dadaşov, 11.Rauf Əliyev, 14. Rəşad Sadıqov (K), 15.Araz Abdullayev, 17.Vüqar Nadirov, 19.Rahid Əmirquliyev
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 2.Bədavi Hüseynov, 6.Rəşad Sadıqov, 7.Vaqif Cavadov, 9.Cihan Özkara, 13.Əli Gökdəmir, 16.Cavid Hüseynov, 18.Maksim Medvedyev, 20.Ufuk Budaq, 21.Volodimir Levin, 22.Əfran İsmayılov

Şimali İrlandiya: 1.Roy Karrol, 2.Lee Hodson, 4.Qaret Makauli, 5.Conatan Evans, 8.Seven Devis (K), 9.Martin Paterson, 10.Şane Fequsson, 11.Kristofer Brunt, 14. Kreyq Katkart, 16.Oliver Norvood, 19.Ceymi Uard
Ehtiyat oyunçular: 12.Alan Mannus, 3.Daniel Laffertu, 6.Kristofer Baird, 7.Nial Ginn, 13. Corru Evans, 15.Viliam Qriqq, 17.Alex Bruce, 18.Roru Ardle, 20.Viliam Mckay, 21.Sammi Klingam, 22.Andrev Little 23.Mixael Mcqovern

1
Rusiya
9
7
0
2
19-4
21
2
Portuqaliya
9
5
3
1
17-9
18
3
İsrail
9
3
4
2
18-13
13
4
Azərbaycan
9
1
5
3
6-10
8
5
Şimali İrlandiya
9
1
3
5
8-16
6
5
Lüksemburq
9
1
3
5
7-23
6
0