Məmmədyarov sabiq dünya çempionu ilə "sülh" bağladı - YENİLƏNİB
25.03.2014 - 17:30
Məmmədyarov sabiq dünya çempionu ilə "sülh" bağladı - YENİLƏNİB

Dünya şahmat tacı uğrunda iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, Xantı-Mansiyskdə təşkil olunan yarışın X oyun gündə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Vişvanatan Anandla üz-üzə gəlib.

İlk dörədə ağ fiqurlarla rəqibinə uduzan həmyerlimiz bu dəfə revanş arzusunda olsa da, istəyini həyata keçirə bilməyib. Məmmədyarov 30-cu gedişdə sabiq dünya çempionu ilə “sülh” bağlayıb.

 

X turda yalnız Pyotr Svidler qələbəyə sevinib. Digər 2 görüşdə isə heç-heçə qeydə alınıb.  

 

25 mart

X tur
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Dmitri Andreykin (Rusiya) - 0,5:0,5

Levon Aronyan (Ermənistan) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0:5

Vladimir Kramnik (Rusiya) - Pyotr Svidler (Rusiya) - 0:1


Turnir cədvəli: Anand – 6,5 xal; Aronyan – 5,5; Məmmədyarov, Karyakin, Svidler – 5; Kramnik, Andreykin – 4,5; Topalov – 4.

0