“Valensiya”dan Selcuk İnana 7 milyonluq təklif
15.04.2014 - 23:01
“Valensiya”dan Selcuk İnana 7 milyonluq təklif

 

“Valensiya” futbol klubu “Qalatasaray”ın oyunçusu Selcuk İnanı sıralarına qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, İspaniya klubu Selcuk üçün xeyli pul xərcləməyə də hazırdır.

 

İşləri o qədər də yaxşı getməyən, çempionluq yarışından kənarda qalan və klub daxilində ciddi narazılıq yaşanan “Qalatasaray”ın bəzi yerli və xarici futbolçuları komandanı tərk etmək istəyirlər. Narazı qalan futbolçulardan biri də Selcuk İnandır. İspaniya mətbuatının yazdığına görə, vəziyyətdən yararlanan “Valensiya” Selcuk uğrunda mübarizəyə qoşulub.

 

Qeyd edək ki, “Valensiya” Selcuku onun hələ “Trabzonspor”dan ayrıldığı zaman ələ keçirməyə çalışıb. Lakin o zaman yarımmüdafiəçi uğrunda mübarizədə “Qalatasaray” qalib gəlib. “Valensiya” nümayəndələrinin iyun ayında danışıqlar üçün İstanbula gələcəkləri gözlənilir. Növbəti mövsüm üçün Fernando Torresi də sıralarına qataraq güclənmək istəyən ispan klubunun Selcuk üçün 7 milyon təklif edə biləcəyi də vurğulanır.

 

 

0