Elnur Allahverdiyevin cəzası dəyişdirildi
22.04.2014 - 12:52
Elnur Allahverdiyevin cəzası dəyişdirildi

“Qəbələ”nin futbolçusu Elnur Allahverdiyevin cəzası dəyişdirilib. Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

 

Buna Apelyasiya Komitəsi İntizam Komitəsinə müraciəti səbəb olub. Belə ki, ölkə kubokunun yarımfinal matçı zamanı etdiyi hərəkətlərə görə müdafiəçi 5 oyunluq cəzalandırılmışdı. Bu cəza həm çempionat, həm kubok oyunlarına şamil olunmalı idi. Lakin İntizam Komitəsi yenidən məsələni araşdıraraq, cəzanın yalnız kubok matçlarına şamil olunması barədə qərar qəbul edib. 

0