“Çelsi”yə ikiqat zərbə - FOTO
23.04.2014 - 11:19
“Çelsi”yə ikiqat zərbə - FOTO

 “Çelsi” ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, London təmsilçisi Çempionlar Liqasının ilk yarımfinal oyununda zədələnən iki aparıcı futbolçusunun xidmətindən məhrum olub.

 

Belə ki, “Atletiko” ilə Madriddəki qarşılaşmada zədə aldığı üçün əvəzlənən qapıçı Petr Çex və kapitan Con Terrinin durumlarına aydınlıq gəlib. Müayinə nəticəsində onların hər ikisinin zədəsinin ciddiliyi aşkarlanıb.

 

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo çiynindən xəsarət alan Çexin bərpa prosesinin 1 aydan çox çəkəcəyini açıqlayıb. Bu isə çexiyalı üçün mövsümün başa çatması deməkdir.

 

Terri də “Atletiko” ilə cavab oyununu və İngiltərə Premyer Liqasının son matçlarını buraxacaq. Lakin Conun cari mövsüm meydana çıxması da mümkündür. Bunun üçün londonlular Çempionlar Liqasını finalına yüksəlməlidir. Çünki Terri yalnız mayın 24-də baş tutacaq görüşə hazır ola biləcək.

 

0