Azad Rəhimov: Mən ona təqaüd verilməsinin qəti əleyhinəyəm
23.04.2014 - 12:11
Azad Rəhimov: Mən ona təqaüd verilməsinin qəti əleyhinəyəm

Gənclər və idman naziri Azad Rəhimov veteran samboçu və cüdoçu Zülfiyyə Hüseynovanın ittihamlarına cavab verib. APA-nın məlumatına görə, nazir bu gün keçirdiyi mətbuat konfransında nazir Z. Hüseynovanın təqaüd istəməsini əsassız adlandırıb.

 

“Nəyə görə Gömrük Komitəsində işləyən gənc qıza təqaüd verilməlidir? Təqaüd idmanda böyük nailiyyəti olanlara dəstək məqsədilə verilir. Mən ona təqaüd verilməsinin qəti əleyhinəyəm. Dəfələrlə görüşmüşük, izah etmişik. Meyarlar var, Zülfiyyə xanım istəsə, yenə müraciət edə bilər”, - deyə nazir bildirib.

 

0