Natalya Məmmədovanın komandası yarımfinalda
24.04.2014 - 08:16
Natalya Məmmədovanın komandası yarımfinalda

Qadın voleybolçular arasında Rusiya Superliqasında pley-off mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsi çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanən şərəfini qoruduğu “Omiçka” “Tümen-TümQU”nu qəbul edib.

Omsk təmsilçisi ilk matçda olduğu kimi bu dəfə də rəqibinə heç bir şans verməyib - 3:1 (25:21, 25:22, 23:25, 25:18). Nəticədə hər 2 qarşılaşmanı (ilk görüşdə 3:0) qalib kimi başa vuran “Omiçka” yarımfinala yüksəlib.

Bu mərhələdə onların rəqibi “Zariçye Odintsova”nı mübarizədən kənarlaşdıran Moskva “Dinamo”su olacaq.

Qeyd edək ki, “Omiçka” öncə evdə oynayacaq. Onlar paytaxt təmsilçisini aprelin 28-də qəbul edəcəklər.

0