Venqer “Arsenal”da qaldı
24.04.2014 - 23:00
Venqer “Arsenal”da qaldı

 

Fransalı məşqçi Arsen Venqer “Arsenal”la yeni müqavilə imzalayacaq. Apasport.az saytının məlumatına görə, Venqerin müqaviləsi bu mövsümün sonunda başa çatır.

 

Fransalı mütəxəssis bəyan edib ki, komandada qalmaq və gələn mövsüm Premyer Liqada birincilik uğrunda mübarizə aparmaq niyyətindədir. Yay transferli üçün “Arsenal”a 70 milyon avro tələb olunur. London klubu “Bavariya”nın hücumçusu Mario Mancukiç, “Mançester Yunayted”in və “Real Sosyedad”ın yarımmüdafiəçiləri Tom Kleverli və Antuan Qrizmanla maraqlanır.

 

Venqer “Arsenal”a 1996-cı ildən başçılıq edir. O, bu müddət ərzində 3 dəfə İngiltərə çempionluğunu, 4 dəfə ölkə kuboku və 4 dəfə İngiltərə superkubokunu qazanıb.

 

 

0