Respublika Velotreki təmir olunur - FOTOSESSİYA
02.05.2014 - 15:27
Respublika Velotreki təmir olunur  - FOTOSESSİYA

Respublika Velotreki bir vaxtlar nəinki Azərbaycanda, hətta keçmiş SSRİ məkanında ən yaxşı idman qurğularından olub. 1980-ci il Moskva Olimpiadası öncəsi, o vaxtlar Azərbaycana rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən arena 20 hektar ərazini əhatə edir.

İdman qurğusunun tikintisinə nəzarət etmiş texniki elmlər doktoru, professor Fəqan Əliyevin sözlərinə görə, keçmiş SSRİ-də bu tipli cəmi 2 idman qurğusu olub ki, bunlardan biri Latviyada, digəri isə Bakıda tikilib.

Baxımsızlıq ucbatından uzun illər istifadəsiz qalmış idman qurğusu hazırda Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən əsaslı təmir edilir. Burada yeni tribuna, federasiyanın ofisi və idmançıların qalması üçün otel inşa edilib. Eyni zamanda hovuz, trenajor zalı və digər yardımçı obyektlərin də tikintisi davam etdirilir.

Respublika Velotrekində təmir işlərinin bu ilin sonunadək başa çatması planlaşdırılır.

 

0