“Əsl gücümü Olimpiadada göstərəcəm”
31.05.2014 - 18:56
“Əsl gücümü Olimpiadada göstərəcəm”

“Startda üstünlük qazandım və bunu istifadə etmək istədim”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Bakıda keçirilən atletika üzrə Avropa Təsnifat Turnirində gümüş medal və yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanan idmançımız Behafeta Hadiyesə məxsusdur.

 

Milliləşdirilmiş legionerimiz 3000 m məsafədə finiş xəttinə ikinci çatdıqdan sonra fikirlərini açıqlayıb: “Əlbəttə, qızıl medal şanslarım az deyildi. Lakin bu yarışda əsas hədəf Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya əldə etməkdən ibarət idi. Ona görə ikinci yerdə möhkəmlənməyə çalışdım. İzləyicimin çox uzaqlaşdığını görüb, bir qədər arxayınlaşdım. Lisenziya ilk iki pilləni tutan idmançıya verilirdi. Yekunda gümüş medal və lisenziya qazandım. Bundan sonra bütün fikrim Çində keçiriləcək oyunlara yönələcək. Əsl gücümü Yeniyetmələrin Olimpiya Oyunlarında göstərəcəm. Azərbaycan üçün medal qazanmaq istəyirəm”.

0