“Xəzər Lənkəran”ın gözlədiyi futbolçu gəldi - FOTO
21.07.2014 - 12:50
“Xəzər Lənkəran”ın gözlədiyi futbolçu gəldi - FOTO

“Xəzər Lənkəran”ın kamerunlu hücumçusu Mbilla Etame nəhayət ki, komandanın Sloveniyadakı təlim-məşq toplanışına qatılıb. Apasport.az xəbər verir ki, afrikalı futbolçu dünən gecə “ağ-yaşıllar”ın düşərgəsinə gəlib.

 

O, bu gündən etibarən məşqlərə qoşulacaq.

 

Cənub klubunun yeni transferi Əfran İsmayılov isə sabah Sloveniyaya gedərək yeni komandasına qovuşacaq. Sənədlərində problem olan yarımmüdafiəçi artıq bütün məsələləri yoluna qoyub.

 

 

0