İnyesta: Maskerano “Barselona”nın kapitanı ola bilər
26.07.2014 - 03:39
İnyesta: Maskerano “Barselona”nın kapitanı ola bilər

“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta komandanın mümkün kapitanı barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu Karles Puyolun futbola vidalaşmasından sonra argentinalı Havyer Maskeranonun əla kapitan ola biləcəyini bildirib.

 

İnyesta fikirlərini İspaniya mətbuatı ilə bölüşüb: “Hər bir futbolçu lider olmalıdır. Hər bir futbolçu oyuna bütün qüvvəsini verməlidir. Bizim soyunub-geyinmə otağında sağlam və vahid atmosferimiz var və bu, çox vacibdir. Kapitan sarğısı çox xoş hissdir. Amma ən əsası komandanın bir istiqamətdə hərəkət etməsidir. Komanda üzvləri hamısı bir yerdə olanda, hər bir futbolçu fikrini açıqlayacaq. Güman edirəm ki, Havyer Maskerano əla kapitan ola bilər”.

 

Qeyd edək ki, bir çoxları kapitan sarğısının məhz İnyestaya veriləcəyini düşünür.

 

 

0