[b]“Simurq” Avstriyada biabır oldu[/b]
26.07.2014 - 23:30
[b]“Simurq” Avstriyada biabır oldu[/b]

Hazırlıqlarını Avstriyada davam etdirən "Simurq" növbəti yoxlama görüşünə çıxıb. Apasport.az saytının xəbərinə görə, Zaqatala təmsilçisi Rusiyanın "Amkar" klubu ilə qarşılaşıb.


Oyun "Simurq"un böyük hesablı məğlubiyyəti ilə başa çatıb - 1:4. 37, 39 və 45+2-ci dəqiqələrdə qapısında qol görən Zaqatala təmsilçisi 83-cü dəqiqədə yenə mərkəzə dəvət olunub. Georgi Çixradzenin yetirmələri yalnız 74-cü dəqiqədə təsəlli qolunu vura biliblər.

 

Qeyd edək ki, "Simurq" Avstriyadakı ilk sınaq matçında Hayfa "Makkabi"si (İsrail) ilə qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu. Albaniyanın "Teuta" klubu ilə görüşdə isə hesab açılmamışdı - 0:0.

 

 

0