Azərbaycan millisi yenidən “Dalğa Arena”da
28.07.2014 - 15:12
Azərbaycan millisi yenidən “Dalğa Arena”da

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində çıxış edən Azərbaycan millisinin son ev oyununun vaxtı və yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 3-də İsrail yığmasını qəbul edəcək Bernard Lippertin yetirmələri ev oyununu “Dalğa Arena” stadionunda keçirəcək.

 

Seçmə mərhələni ötən il bu arenada Makedoniya ilə qarşılaşma ilə (0:0) başlayan yığmamız növbəti 2 görüşü “Bayıl Arena”da keçirmişdi. Orada Portuqaliyadan 2, Norveçdən 1 cavabsız qol buraxan millimiz xal qazandığı “Dalğa Arena”ya qayıdacaq.

 

Azərbaycan – İsrail oyunu saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, millimiz 8-ci seçmə qrupundakı son oyununu sentyabrın 8-də səfərdə Portuqaliya ilə keçirəcək.

 

0