[b]Rəşad Sadiqov keçmiş klublarının Avroliqa şanslarını dəyərləndirdi[/b]
20.08.2014 - 19:28
[b]Rəşad Sadiqov keçmiş klublarının Avroliqa şanslarını dəyərləndirdi[/b]

"Xəzər Lənkəran"ın yeni transferi Rəşad Sadiqov əvvəlki klubları "Neftçi" və "Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsindəki şanslarını dəyərləndirib. Apasport.az saytının xəbərinə görə, 31 yaşlı yarımmüdafiəçi paytaəmsilçisinin Serbiya "Partizan"ını üstələmə şanslarını yarıbayarı qiymətləndirib. 


Onun fikrincə, "Neftçi" "Partizan"la görüşlərdə yenə layiqli mübarizə apara bilər: "2 il öncə "Partizan"la 2 dəfə görüşmüş və heç birində məğlub olmamışdıq. Hər iki matçda yaxşı oynamışdıq. Məncə, "Neftçi" yenə layiqli mübarizə apara bilər. Qələbə qazanmaları isə istəklərindən və oyunlarından asılı olacaq. Turu adlama şansları 50-nin 50-yədir. Yəni, mərhələni keçə də, keçməyə də bilərlər. İndi "Neftçi"də çıxış etmədiyimdən, "Partizan"ın hazırkı durumu ilə maraqlanmamışam. "Neftçi" isə Azərbaycan klubu olduğundan, deyə bilərəm ki, hazırkı heyət Serbiya təmsilçisini üstələyə biləcək səviyyədədir". 

Sadiqov "Qarabağ"ın da Hollandiya "Tvente"sini keçməyə qadir olduğunu bildirib. Təcrübəli futbolçunun sözlərinə görə, Ağdam komandası istənilən rəqibə problem yaratmağa qadir olduğunu Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriya "Zalsburq"u ilə Bakıdakı görüşdə sübuta yetirib: "Qarabağ"ın gücünə hamı bələddir. Yəni, yaxşı komandadır. Xüsusən, ötürmələrdən bacarıqla yararlanırlar. Məncə, "Tvente"yə qarşı layiqli futbol oynayacaqlar. "Qarabağ"ın da mərhələ şansları az deyil. Avstriya "Zalsburq"u ilə Bakıdakı oyun da göstərdi ki, hər bir rəqibə qarşı oynaya bilərlər".

Qeyd edək ki, həm "Partizan" - "Neftçi", həm də "Qarabağ" - "Tvente" matçları avqustun 21-də keçiriləcək. Cavab görüşləri isə avqustun 28-də olacaq (sportnet.az).  

 

0