“Qarabağ” Almaniyaya gedir
26.08.2014 - 10:30
“Qarabağ” Almaniyaya gedir

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin “Tvente” ilə cavab oyununu keçirmək üçün Hollandiyaya yollanır. Apasport.az saytının məlumatına görə, Enshede səfərinə bu gün başlayır.

 

Ağdam təmsilçisi saat 15:00-da birbaşa reyslə hərəkət edəcək. Oyunun keçiriləcəyi Enshededə hava limanı olmadığından “Qarabağ” Almaniyaya gedəcək. Çünki şəhərə ən yaxın hava limanı Almaniyanın Münsterindədir.  Təmsilçimiz buradan 1 saatlıq məsafədə olan Enshede şəhərinə yollanılacaq. Komanda sabah oyunun keçiriləcəyi stadionda və vaxtda sonuncu məşqinə çıxacaq.

 

Qeyd edək ki, “Tvente” – “Qarabağ” oyunu avqustun 28-də Bakı avxtı ilə saat 22:30-da başlayacaq.

 

0