İki günə 8 min bilet
26.08.2014 - 13:16
İki günə 8 min bilet

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Partizan" oyununa bilet satışı davam edir. Apasport.az saytının məlumatına görə, son iki gün ərzində 8 mindən artıq bilet satılıb.

 

Klub rəhbərliyi matça marağın böyük olduğunu nəzərə alaraq rəsmi sayt vasitəsilə azarkeşlərə müraciət də edib. Fanatlardan xahiş edilib ki, qara bazarda bilet satışının qarşısını almaq və kassalar önündə sıxlığın yaranmaması üçün biletləri mümkün qədər tez əldə etsinlər.

0