[b]Bolqarıstan millisi Bakıya 25 futbolçu ilə gələcək[/b]
29.08.2014 - 11:20
[b]Bolqarıstan millisi Bakıya 25 futbolçu ilə gələcək[/b]

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Bolqarıstan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 9-da Bakıda yığmamızla görüşəcək balkanlıların heyətinə 25 futbolçu çağırılıb.

 

"Bakcell Arena"da baş tutacaq matçda baş məşqçi Lyuboslav Penev məhz bu oyunçulara güvənəcək. Həmin qarşılaşma saat 21:00-da başlayacaq.

 

Qapıçılar: Vladislav Stoyanov, İvan Çvoroviç (hər ikisi - “Ludoqorets”), Bojidar Mitrev (“Lokomotiv”, Sofiya)

Müdafiəçilər: Nikolay Bodurov, (“Fulhem”, İngiltərə), İvan İvanov (“Bazel”, İsveçrə), Stanislav Manolev (“Dinamo” Moskva, Rusiya), Pyotr Zanev (“Amkar”, Rusiya), Straxil Popov, İliya Milanov (hər ikisi - "Liteks"), Aleksandr Aleksandrov (“Ludoqorets”), Apostol Popov (SSKA), Veselin Minev (“Levski”)

Yarımmüdafiəçilər: Svetoslav Dyakov, Xristo Zlatinski, Mixail Aleksandrov (hamısı - “Ludoqorets”), Vladimir Qadjev (“Levski”), Simeon Slavçev (“Sportinq”, Portuqaliya), Georgi Milanov (SSKA Moskva, Rusiya), Georgi İliyev (“Şadzyadjuan”, Çin), Todor Nedelev (“Maynts”, Almaniya)

Hücumçular: Vensislav Xristov (“Beroe”), Emil Qarqorov (“Şadzyadjuan”, Çin), İvelin Popov (“Kuban”, Rusiya), Andrey Qalabinov (“Livorno”, İtaliya), İliyan Mitsanski (“Karlsrue”, Almaniya)

 

0