[b]Əmrah Çəlikəl püşkə münasibət bildirdi[/b]
29.08.2014 - 16:02
[b]Əmrah Çəlikəl püşkə münasibət bildirdi[/b]

“Püşk yeni atılıb. Bu üzdən indidən bəxtimizə düşən komandaların güclü və ya zəif olduğunu deyə bilmərəm”. Bunu apasport.az saytına “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl deyib.

 

“Qarabağ”ın Avroliqadakı rəqibləri “İnter” (İtaliya), “Sent-Etyenn” (Fransa) və “Eştoril” (Portuqaliya) olub. Milan klubu 2 il əvvəl olduğu kimi təmsilçimizlə bir qrupda yer alıb.

 

Ağdam təmsilçisinin rəsmisi olan Çəlikəl püşkdən dərhal sonra bu barədə açıqlama verib: “Çalışacağıq ki, Azərbaycanı Avroliqanın qrup mərhələsində layiqincə təmsil edək. Avroliqanın bu mərhələsində asan rəqib olmur. “İnter”in “Neftçi”dən sonra bizimlə bir qrupda yer almasına gəlincə, bu, qismətdir”.

0