Saşa Yunisoğlunun yeni klubu rəsmən müəyyənləşdi
15.09.2014 - 14:39
Saşa Yunisoğlunun yeni klubu rəsmən müəyyənləşdi

Türkiyənin “Dənizlispor” klubundan ayrıldıqdan sonra işsiz olan Saşa Yunisoğlunun yeni klubu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Yunisoğlu karyerasını “Araz-Naxçıvan”da davam etdirəcək.

 

28 yaşlı futbolçu dünən Premyer Liqanın debütantı ilə 1 illik müqavilə bağlayıb. Futbolçunun özü bu haqda saytımıza məlumat verib.

 

Qeyd edək ki, Saşa Yunisoğlu ötən mövsüm “Dənizlispor”dan maaşlarını ala bilmədiyi üçün öz istəyiylə ayrılıb.

0