[b]Öncə Qurbanov, sonra Qaltye[/b]
16.09.2014 - 20:59
[b]Öncə Qurbanov, sonra Qaltye[/b]

Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Sent-Etyen” oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib. Apaspot.az saytının məlumatına görə, sentyabrın 17-də 18:15-də Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin önünə çıxacaq.

 

Təmsilçimizin oyunöncəsi məşqi isə 18:45-də başlayacaq.

 

“Sent-Etyen”nin baş məşqçisi Kristof Qaltye isə 19:30-da mətbuat konfransına çıxacaq. Fransızların məşqi isə 20:00-da start götürəcək.

 

Xatıradaq ki, “Qarabağ” – “Sent-Etyen” oyunu sentyabrın 18-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

0