[b]“Qarabağ” daha bir braziliyalı legionerini itirdi [/b]
22.09.2014 - 14:30
[b]“Qarabağ” daha bir braziliyalı legionerini itirdi  [/b]

“Qarabağ”da daha bir futbolçu zədələnib. Apasport.az saytının məlumatına görə, 5 aylığa sıradan çıxan braziliyalı Çumbinyonun ardından onun həmyerlisi Danilo Dias da komandasına kömək edə bilməyəcək.

 

Yayda Portuqaliyanın “Maritimu” klubundan gələn Danilo Dias dizində ağrılar hiss edirdi. “Qarabağ”ın tibbi heyəti davamlı müalicələrlə əməliyyatın qarşısını almağa cəhd edirdi. Ancaq 29 yaşlı futbolçunun dizində “mensk” əməliyyatı qaçılmaz olub. Danilo yaxın günlərdə Türkiyədə cərrah masasına “uzanacaq”. O, təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Danilo Dias məhz bu səbəbdən Topaz Premyer Liqasında “Qarabağ”ın son 2 – AZAL (3:0) və “Simurq”la (1:0) oyunlarında da “18-liy”ə daxil edilməyib. 

0