Françeska Piççinini: Təslim olmadıq
02.10.2014 - 08:54
Françeska Piççinini: Təslim olmadıq

“Çox çətin oyun oldu. Rəqib servisdə bizə çətinliklər yaratdı”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya millisinin voleybolçusu Françeska Piççinini dünya çempionatında Azərbaycanla oyundan sonra deyib.

 

Komandasının kapitanı 3:1 hesabı ilə qalib gəldikləri görüşə münasibət bildirib: “Birinci hissədə bir qədər asan qələbə qazandıq. Üçüncü və dördüncü setlərdə çətinliklərlə üzləşdik. Amma biz komanda oyunu göstərib, birgə lazımı qələbəni qazandıq. Biz müdafiədə təslim olmadıq”.

0