[b]Mirça Rednik milli komandaya gətirilir?[/b]
20.10.2014 - 10:02
[b]Mirça Rednik milli komandaya gətirilir?[/b]

Viktor Pitsurkanın istefasından sonra milliyə baş məşqçi axtarışlarını davam etdirən Rumıniya Futbol Federasiyası bu posta Mirça Redniki gətirə bilər. Apasport.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

 

Qeyd olunur ki, yığmaya iki real namizəd var. Birinci namizəd Mirça Rednikdi. Belçikanın “Genk” klubundan ayrıldıqdan sonra işsiz qalan Redniklə yanaşı, hazırda “Qəbələ”nin “sükanı arxası”nda olan Dorinel Muntyanu da millidə çalışa bilər.

 

Rumıniyalı həmkarlarımızın fikrincə, Muntyanu Azərbaycanda heç də uğur qazana bilmir. Hazırda onun vəziyyəti qənaətbəxş deyil.  

0