[b]Marin Orsuliç “Xəzər Lənkəran”ı xatırladı[/b]
20.10.2014 - 11:40
[b]Marin Orsuliç “Xəzər Lənkəran”ı xatırladı[/b]

“2013-cü ildə Azərbaycanda, “Xəzər Lənkəran”da oynadım. Bu komandada yaxşı günlərim olub”. Apasport.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın sabiq yarımmüdafiəçisi Marin Orsuliç deyib.

 

Hazırda Bolqarıstan təmsilçisi MOİK-in (Sofiya) formasını geyinən xorvatiyalı Azərbaycanda keçirdiyi günləri xatırlayıb.

 

O, “ağ-yaşıllar”ın heyətində “Neftçi” ilə ölkə kubokunu finalından və Avroliqadakı oyunlardan danışıb: “Lənkəran klubunun heyətində Azərbaycan kubokunun finalına qədər gəldik. Amma həlledici matçda bəxtimiz gətirmədi.  “Neftçi”yə penaltilər seriyasında uduzduq. Düşünürəm ki, kubokun gümüş medalları da mənim üçün uğur sayılmalıdı. Çünki bu ölkədə cəmi 9 ay oynadım. Həmin il biz Avropa Liqasında mübarizə apardıq. İlk mərhələni keçsək də, ikinci mərhələdə İsrailin “Makkabi” (Hayfa) klubuna böyük hesabla uduzduq. Bununla belə, mən orda oynadığım vaxtları özüm üçün yaxşı təcrübə və uğurlu sayıram”.

0