Yığmamız almanlara “dərs keçdi”
24.10.2014 - 08:11
Yığmamız almanlara “dərs keçdi”

Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz yerli “Bayern Alzenau” klubunun U-19 komandası ilə qarşılaşıb.

 

Yığmamız 6:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Benhur Kama, Yusup Xakimov, Mansur Nəhavəndi, Fəhmin Muradbəyli, Elnur Süleymanov və Vadim Ağarəhimov vurub.
 

 

Mənbə: affa.az

0