[b]Arif Əsədov qələbənin sirrini açıqladı[/b]
29.10.2014 - 16:32
[b]Arif Əsədov qələbənin sirrini açıqladı[/b]

“Oyundan qabaq futbolçularıma tapşırmışdım ki, hər bir komandaya ciddi yanaşsınlar”. Apasport.az saytının məlumatına görə, bunu Topaz Premyer Liqasının X turunda “Bakı”ya 3:1 hesabı ilə qalib gələn “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

O bildirib ki, qələbədə yetirmələrinə verdiyi tapşırıq həlledici olub: “Bundan öncəki turda AZAL meydançaya rahat çıxmışdı. Bundan istifadə edən “Bakı” qələbə qazanmışdı. Odur ki, oyunda diqqətli olmalı idik. 3:1 hesabı ilə qələbə qazansaq da, oyun çətin keçdi. Buna baxmayaraq, 3 xal qazana bildik”.

Mənbə: pfl.az

0