Lənkəranda 20-ci duel
30.10.2014 - 20:41
Lənkəranda 20-ci duel

Premyer Liqanın XI turu çərçivəsində noyabrın 2-də “Xəzər Lənkəran” doğma meydanda “Simurq”u qəbul edəcək. Apasport.az saytının məlumatına görə, bu oyun cütlüyün tarixində 20-ci görüş olacaq.

 

Belə ki, indiyə qədər cənublular Zaqatala klubu ilə yalnız ölkə çempionatının matçlarında üz-üzə gəlib və qarşılaşdığı 19 matçın 3-də məğlub olub (Yunis Hüseynovun, Mustafa Dənizlinin və Oğuz Çətinin baş məşqçiliyində - hərəyə bir dəfə), 9 görüşdə Lənkəran təmsilçisi qalib gəlib və 7 oyunda isə heç-heçə qeydə alınıb.

 

Bu vaxta qədər baş tutan 19 qarşılaşmada “Simurq”un qapısına 28 dəfə yol tapa bilən “Xəzər Lənkəran” öz qapısından cəmi 21 top görüb.

 

 

12cioyuncu.info

0