XIV turun oyunlarının vaxtı açıqlanıb
25.11.2014 - 13:37
XIV turun oyunlarının vaxtı açıqlanıb

Topaz Premyer Liqasının XIV turunun oyunlarının vaxtı və yeri açıqlanıb. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək turun 3 oyunu noyabrın 29-da, bir matçı isə ertəsi gün baş tutacaq.

 

Qarşıdakı tura “Bakı” və “İnter” arasında paytaxt derbisi ilə start veriləcək. Həftənin son qarşılaşması isə fasilədən sonra xal itirməyən “Simurq”la “Qarabağ” arasında olacaq.


XIV tur

 

29 noyabr (şənbə)
 

14:00. “Bakı” – “İnter”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
 

15:00. AZAL – “Sumqayıt”
“AZAL Arena”
 

17:00. “Neftçi” – “Qəbələ”
“Bakcell Arena”

30 noyabr (bazar)

17:00. "Simurq" - "Qarabağ"
Zaqatala şəhər stadionu

 

Mənbə: pfl.az

0