Rəmzi yığma üçün 20 müdafiəçi
26.11.2014 - 16:18
Rəmzi yığma üçün 20 müdafiəçi

2014-cü ilin rəmzi yığmasında yer almağa namizəd müdafiəçilərinin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA və FIFPro-nuin tərtib etdiyi 55 nəfərlik siyahıya 20 arxa xətt oyunçusu daxil olub.

 

Namizədlərin siyahısına David Alaba (Avstriya, "Bavariya"), Xordi Alba (İspaniya, "Barselona"), Jerom Boatenq (Almaniya, "Bavariya"), Dieqo Qodin (Uruqvay, "Atletiko"), David Luis (Braziliya, PSJ), Dani Alves (Braziliya, "Barselona"), Rafael Varan (Fransa, "Real"), Branislav İvanoviç (Serbiya, "Çelsi"), Daniel Karvaxal (İspaniya, "Real"), Vensan Kompani (Belçika, "Mançester Siti"), Filipp Lam (Almaniya, "Bavariya"), Marselo (Braziliya, "Real"), Xavyer Maskerano (Argentina, "Barselona"), Pepe (Portuqaliya, "Real"), Serxio Ramos (İspaniya, "Real"), Pablo Sabaleta (Argentina, "Mançester Siti"), Tyaqu Silva (Braziliya, PSJ), Filipe Luis (Braziliya, "Çelsi"), Mats Hummels (Almaniya, "Borussiya" D) daxil edilib.

 

0