Qurban Qurbanovun Zaqatala sınağı, uğursuzlar Bakıda görüşür
28.11.2014 - 15:28
Qurban Qurbanovun Zaqatala sınağı, uğursuzlar Bakıda görüşür

Sabah Topaz Premyer Liqasında XIV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək turun ilk 3 oyunu sabah keçiriləcək.

 

Açılış oyunu “Bakı” və “inter” arasında paytaxt derbisi olacaq. Meydan sahibləri I dövrəsəki 0:7 hesablı darmadağının qisasını almağa, son pilləni tərk etməyə çalışacaq. “Bankirlər” isə uzaq düşdüyü liderlə xal fərqini azaltmaq üçün mütləq qələbə qazanmalıdır.

 

Turun ikinci oyununda AZAL “Sumqayıt”ı qəbul edəcək. Autsayderlər “trio”sunun iki üzvünün duelində tərəflər üçün xal qazanmaq çox vacibdir. Çünki xal itkisi mövqeyin daha da pisləşməsi ilə nəticələnəcək.

 

Turun ilk oyunu günü “Neftçi” – “Qəbələ” matçı ilə yekunlaşacaq. Hər iki komanda fasilədən sonra keçirdiyi 2 qarşılaşmada cəmi 1 xal qazanıb. Son turların uğursuzları Bakıda görüşəcək. Liderliyi əldən verən “Neftçi” “Qarabağ”a çatmaq üçün mütləq 3 xal əldə etməlidir. Əyalət klubu isə autsayderlər qrupundan uzaqlaşmaq, ortabablarla ayaqlaşmaq üçün turu itkisiz keçməlidir.

 

Noyabrın 30-da baş tutacaq görüş isə turun mərkəzi oyunu olacaq. Son çempion “Qarabağ” liderliyinin təsadüf olmadığını “Simurq”la qarşılaşmada sübut etməlidir. Ardıcıl qələbələrlə liderlərə yaxınlaşan Zaqatala təmsilçisi Qurban Qurbanovun yetirmələri üçün çətin rəqib sayılır. Uzun müddətdir doğma məkanda qələbə görməyən baş məşqçi bu səfərdə uğursuz seriyanı qırmağa çalışacaq.

 

XIV tur

29 noyabr (şənbə)
14:00. “Bakı” – “İnter”

I dövrədəki oyun – 0:7

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Namiq Hüseynov, Vüsal Əliyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

15:00. AZAL – “Sumqayıt”
I dövrədəki oyun – 1:0

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Cavanşir Yusifov, Orxan Məmmədov
“AZAL Arena”

17:00. “Neftçi” – “Qəbələ”
I dövrədəki oyun – 0:0

Hakimlər:  İnqilab Məmmədov, Mehman Mahmudov, Nahid Əliyev, Mahir Məmmədov
“Bakcell Arena”

 

30 noyabr (bazar)

17:00. "Simurq" - "Qarabağ"
I dövrədəki oyun – 0:1

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Mübariz Haşımov, Teymur Fərhadov
Zaqatala şəhər stadionu

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

11

7

3

1

20-11

24

2

 Neftçi

11

6

3

2

15-8

21

3

 İnter

11

4

6

1

20-4

18

4

Simurq

12

5

2

5

16-14

17

5

 Xəzər L

12

4

3

5

16-16

15

6

Qəbələ

11

3

4

4

15-18

13

7

Sumqayıt

11

3

2

6

12-17

11

8

AZAL

11

2

4

5

11-20

10

9

Bakı

12

2

3

7

10-27

9

 

Baombardir: Mikel Alvaro (“İnter”) - 7

0