Robert Prosineçki paytaxt derbisində
17.12.2014 - 17:32
Robert Prosineçki paytaxt derbisində

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin Topaz Premyer Liqasında izləyəcəyi növbəti oyun müəyyənləşib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssisi XVII turun “İnter” – “Neftçi” oyununa stadiondan tamaşa edəcək.

 

Sabah baş tutacaq paytaxt derbisi “İnter Arena”da keçiriləcək. Oyun saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, Peosineçki bu gün “Bakı”nın Təlim-Məşq Bazasının stadionunda baş tutan "Bakı" – AZAL qarşılaşmasını  da canlı  izləyib.

 

Mənbə: affa.az

0