Paytaxt klublarından uğursuz seriyalar
17.12.2014 - 18:33
Paytaxt klublarından uğursuz seriyalar

Topaz Premyer Liqasının XVII turunda üz-üzə gələn “Bakı” və AZAL uğursuz seriyalarını davam etdirib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” paytaxtın eyniadlı təmsilçisini derbidə 3:1 hesabı ilə məğlub etsə də, uğursuzluğa son qoya bilməyib.

 

Belə ki, AZAL ardıcıl 9 oyundu qapısından qol buraxır. Bakılılar sonuncu dəfə sentyabrın 20-də “Sumqayıt”la qarşılaşmada qapısını toxunulmaz saxlamışdı – 1:0.

 

“Bakı” isə qələbə həsrətini qıra bilməyib. İbrahim Uzuncanın yetirmələri 7 matçdı qalib gəlmir. Bakılılar sonuncu dəfə oktyabrın 25-də 3 xal əldə etmişdi. Uzuncanın yetirmələri həmin vaxt AZAL-ı üstələmişdi – 1:0.

 

 

0