Azərbaycan çempionatında ikihakimiyyətlilik
08.01.2015 - 11:08
Azərbaycan çempionatında ikihakimiyyətlilik

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 22 zəka sahibinin qatıldığı yarışın ikinci günündə cəmi 3 heç-heçə qeydə alınıb.

 

Belə ki, digər cütlərdə növbəti qələbəsini qazanan Rauf Məmmədovla Zaur Məmmədov xallarını 2-yə çatdıraraq, rəqiblərindən ayrılıblar.

 

11 zəka sahibinin aktivində 1 xalı olduğu halda, 9 şahmatçı hələ xal qazana bilməyib.  

 

II tur

Ülvi Bacarani (2494) – Rauf Məmmədov (2642) – 0:1

Vüqar Rəsulov (2491) – Vasif Durarbəyli (2635) – 0,5:0,5

Zaur Məmmədov (2487) – Pərviz Qasımov (2517) – 1:0

Eltac Səfərli (2635) – İsmayıl Şahəliyev (2273) – 1:0

Qədər Hüseynov (2610) – Orxan Abdulov (2342) – 1:0

Nicat Abasov (2530) – Azər Mirzoyev (2549) – 0:1

Loğman Quliyev (2385) – Bəhruz Rzayev (2416) – 1:0

Ürfan Sevdimalıyev (2505) – Misrətdin İsgəndərov (2405) – 0:1

İzzət Kənan (2424) – Nurlan Şabanov (2165) – 1:0

Ülvi Sadıqov (2414) – Vüqar Əsədli (2127) – 0,5:0,5

Kənan Heydərli (2273) – Elvin Bayramov (2051) – 0,5:0,5

 

Turnir cədvəli: Rauf Məmmədov, Zaur Məmmədov – hər ikisi 2 xal.

0